Kanadada 719 nəfər anomal istilərdən ölüb

Kanadada 719 nəfər anomal istilərdən ölüb
  03 İyul 2021    Oxunub:1673
Anomal istilər Kanadanın Britaniya Kolumbiyası əyalətində 719 nəfərin ölümünə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb. Qeyd edilir ki, bu günlərdə istilərlə bağlı əyalətdə 500-ə yaxın ölüm hadisəsi qeydə alınmışdı. Yerli meteoroloji xidmət daha bir rekord temperatur qeydə alındığını bildirib ki, burada da istilik 49,5 dərəcəyə çatıb.

"Bu məlumatları açıqlayırıq, çünki Britaniya Kolumbiyasının son bir həftədə yaşadığı ekstremal hava şəraitinin ölümlərin artmasına əhəmiyyətli dərəcədə kömək etdiyini düşünürük",- bölgə rəsmisi Liza Lapoynt bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür Kanadada anomal istilər ciddi fəsadlar törətməkdə davam edir. Britaniya Kolumbiyası əyalətində baş verən meşə yanğınları bütöv bir şəhəri məhv edib. Meşə yanğınları 50 dərəcəyə qədər qalxan temperatur səbəbindən yaranıb. Leyton şəhərinə keçən yanğınlar burada bütün evləri məhv edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: İsti   Kanada  



Xəbər lenti