BMT: Efiopiyada 400 min insan aclıqdan əziyyət çəkir

   BMT:   Efiopiyada 400 min insan aclıqdan əziyyət çəkir
  03 İyul 2021    Oxunub:925
BMT rəsmiləri Efiopiyanın Tiqray bölgəsindəki döyüşlərin aclığa səbəb olduğunu açıqlayıb.
Azvision.az BBC-yə istinadən xəbər verir ki, hərbi qarşıdurmanın yaratdığı aclığın 400 mindən çox insanı əhatə etdiyi bildirilir. BMT Təhlükəsizlik Şurasının üzvləri bölgədə təxminən 33 min uşağın ağır şəkildə qidalanma problemi yaşadığını bəyan edib. Yerli rəsmilər isə 8 ay davam edən silahlı qarşıdurmadan sonra 1.8 milyon insanın aclıq həddində olduğunu söyləyir.

Qeyd edək ki, "Tiqray Xalq Qurtuluş Cəbhəsi" silahlıları ilə Efiopiya silahlı qüvvələri arasında gedən döyüşlər artıq minlərlə insanın həyatına son qoyub, 2 milyondan çox sakin isə qaçqın həyatı yaşayır.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti