Məşhur prezidentin qızı koronavirusdan öldü

   Məşhur prezidentin qızı koronavirusdan öldü
  03 İyul 2021    Oxunub:878
İndoneziyanın tanınmış siyasətçisi, ölkənin ilk prezidenti olan Sukarnonun qızı koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, İndoneziyanın "qurucu atası" kimi tanınan siyasətçinin qızı Raçmavati Sukarnoputri 71 yaşında Cakarta hərbi xəstəxanasında vəfat edib.

Böyük İndoneziya Hərəkat Partiyasının (Qerindra) liderlərindən olan Raçmavati Sukarnoputri bir həftə əvvəl COVID-19 əlamətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

"İndoneziya bu gün ən yaxşı övladlarından birini, ilk prezidentimiz Sukarnonun qızı xanım Raçmavati Sukarnoputrini itirdi. Sizin yorulmaz mübarizənizi heç vaxt unutmayacağıq",- Qerindra partiyasının digər liderlərindən olan İndoneziya Turizm naziri Sandiaqa Uno sosial mediada yazıb.

Qeyd edək ki, İndoneziyanın ilk prezidenti Sukarno 1945-1967-ci illərdə bu vəzifəni icra edib. İndoneziya milli partiyasının yaradıcılarından və İndoneziya millətçiliyinin banilərindən biri sayılır. O daha çox “Yoldaş Karno” ləqəbi ilə tanınıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus   Prezident  





Xəbər lenti