Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin cəsədi aşkarlanıb

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin cəsədi aşkarlanıb
  03 İyul 2021    Oxunub:851
Ermənistan işğaldan azad olunmuş Azərbaycan ərazilərində İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş hərbçilərinin cəsədlərinin axtarışlarını davam etdirir.
Azvision.az xəbər verir ki, bu gün erməni mediası daha 4 cəsəd qalığının tapılmasını açıqlayıb. Qeyd edilir ki, Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarış əməliyyatları nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 4 cəsəd qalığı aşkarlayıb.

"İlkin məlumatlara görə, aşkarlanan sümüklər döyüşçülərə -çağırışçı, könüllü və ya ehtiyatda olmuş ermənilərə aiddir. Cəsəd qalıqlarının şəxsiyyətləri məhkəmə tibbi ekspertizasından sonra dəqiqləşdiriləcək",-məqalədə yazılıb.

Qeyd edək ki, rəsmi İrəvan ötən ilin noyabrında imzalanmış kapitulyasiya aktından sonra bu günə kimi 1595 cəsədin tapıldığını bildirir. Ermənistan mətbuatı isə rəqəmlərin göstəriləndən iki dəfə çox olduğunu yazır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Cəsəd   Ermənistan  





Xəbər lenti