"Narkotikin təsirilə..." - Kameron “Terminator”un və özünün sirrini açdı

  "Narkotikin təsirilə..."  - Kameron “Terminator”un və özünün sirrini açdı
  03 İyul 2021    Oxunub:2470
Məşhur rejissor Ceyms Kameron “Terminator 2: Qiyamət günü” filminin əsas ideyalarını "high on E" vəziyyətində, yəni ekstazinin təsiri altında olarkən düşünüb tapdığını etiraf edib.
Azvision.az xəbər verir ki, “The Ringer” nəşrinə filmin 30 illiyilə bağlı müsahibəsində rejissor indiyə qədər sirr qalan məqamları açıqlayıb. O, xatırlayıb ki, filmin üstündə aparılan “beyin fırtınaları” zaman ilk böyük hitinin uğur qazanmasını istəyirsə, auditoriyaya indiyə qədər görmədiyi bir şeyi göstərməli olduğunu anlayırdı. Kino tarixinin ən maraqlı tapıntıların olan “T-1000” androidinin ideyası belə ortaya çıxmışdı.
“Şir”lər sahiblərini tapdılar

Arnold Şvartsneggerin oynadığı “T-800” robotunun tarixçəsini danışan Kameron deyib ki, həmişə “Zümrüd şəhərin sehirbazı” (The Wizard of Oz) əsərinin fanatı olub. Bu filmdə Dəmir Odunçu (Tin Man) ürək sahibi olmaq üçün yola çıxır. Biz “T-800” obrazının inkişafında da bunu görürük: Sözün hər iki mənasında qansız qatil-maşın sonda insanların nə üçün ağladıqlarını başa düşür...


- Bu filmdə əsas fəlsəfə başqadır. “Terminator” maşınlar haqqında deyil, insanların getdikcə maşına çevrilərək, şəfqəti, yanımlıq hissini itirməsi haqqındadır, - rejissor deyib.

Nüvə müharibəsi haqqında danışarkən Kameron xatırladıb ki, “Terminator-2”nin qeydləri üzərində işləyəndə Stinqin “Russians” mahnısını eşidib və fikrə gedib. Həmin mahnıda müğənni nüvə müharibəsinin dəhşətlərini izah etməyə çalışır.

- Orada belə sözlər var: “Ümid edirəm ki, ruslar da öz uşaqlarını sevirlər”. Bu sözlər məni düşünməyə vadar etdi. Və başa düşdüm ki, nüvə müharibəsi hansısa ölkəyə yox, bütövlükdə Həyata qarşı yönəlmiş olacaq, - rejissor deyib.
Onun sözlərinə görə, bəşəriyyətin maşınlara qarşı mübarizəsinə rəhbərlik edən Con Konnor obrazı bu cür yaranıb.


Yada salaq ki, “Terminator” franşizasının birinci filmi 1984-cü ildə ekranlara çıxıb və və $6.4 milyon büdcə ilə 78 milyon dollardan çox pul toplayıb. Kino tarixinin ən gözəl elmi-faktastik filmlərindən olan “Terminator 2: Qiyamət günü” isə 1991-ci ildə ekranlara çıxaraq, 90 milyonluq büdcə ilə $520 milyon gətirib.

Samir Quliyev
Azvision.az



Teqlər: Kino  





Xəbər lenti