Filippində təyyarə qəzası - 29 ölü

Filippində təyyarə qəzası -   29 ölü
  04 İyul 2021    Oxunub:1282
İyulun 4-də Filippində uçuş-enmə zolağına enməyə çalışan “C-130” hərbi təyyarəsi qəzaya uğrayıb.
Azvision.az TASS agentliyinə istinadla xəbər verir ki, ölkənin silahlı qüvvələrinin nümayəndəsi general Sirilito Sobehana göyərtədə olan 85 nəfərdən 40-nın xilas edildiyini, 29 nəfərin həlak olduğunu bildirib.

Generalın bildirdiyinə görə, uçuş-enmə zolağına enə bilməyən təyyarə qəzaya uğradıqdan sonra alışıb.

Qeyd edək ki, Qəza Sulu əyalətinin Holo adasında baş verib.

Azvision.az





Teqlər: Flippin  



Xəbər lenti