“Türk axını” tamamlandı

   “Türk axını” tamamlandı
  04 İyul 2021    Oxunub:2256
Serbiyanın “Srbijagas” və Macarıstanın FGSZ şirkətləri “Türk axını” çərçivəsində iki ölkəni birləşdirən kəməri tikib qurtarıblar. İndi Rusiya qazı Ukraynadan yan ötməklə, Qara Dənizdən və Balkan yarımadasından keçib, Macarıstana qədər gedə biləcək.
Azvision.az xəbər verir ki, bu gün Serbiya televiziyası iki ölkənin sərhədində kəmərin hazır olmasını göstərən “qızıl qaynaq” mərasimindən kadrlar nümayiş etdirib. Qazın nəqli oktyabrın 1-dən başlayacaq. Layihə çərçivəsində Mərkəzi Avropaya 15,75 milyard kubmetr “mavi yanacaq” nəql olunacaq.

Yada salaq ki, “Türk axını” 2020-ci ilin yanvarında işə salınmışdı. Onun vasitəsilə Rusiya qazı Türkiyə, Bolqarıstan, Yunanıstan, Makedoniya, Rumıniya, Serbiya, Bosniya və Hersoqovinaya çatdırılır. Avstriyanın da layihəlyə qoşulacağı gözlənilir.

Samir Quliyev
Azvision.az


Teqlər: Türk-axını  



Xəbər lenti