Vaşinqton Əfqanıstanı unutmamalıdır - General
Generalın sözlərinə görə, ABŞ Əfqanıstanda özü üçün dərs aldı: "Onların hamısı müsbət deyil, ancaq qələbələr də var idi".
Onun fikrincə, Amerika hərbçilərinin Əfqanıstandan çəkilməsindən sonra İraqda yaşananlara bənzər bir vəziyyət inkişaf edə bilər. Buna görə də Birləşmiş Ştatlar Əfqanıstandakı vəziyyəti unutmamalıdır.
Miller, ölkədə təhlükəsizlik vəziyyətinin yaxşı olmadığını söyləyib. “Taliban” radikal hərəkatı yaraqlılarının ölkənin hər yerində hücum əməliyyatı apardığını bildirib.
Əfqanıstanda yeni ərazilərin "Taliban"ın nəzarətinə keçməsindən danışan Miller hesab edir ki, ərazilərin itirilməsi və bunun sürətlə baş verməsi narahatlıq doğurmalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden 14 aprel tarixində Əfqanıstandakı əməliyyatı sona çatdırmaq barədə qərar qəbul edib. Amerika qoşunlarının geri çəkilməsinə may ayında başlanıb.
Azvision.az
Teqlər: Əfqanıstan ABŞ







Vaxtında, Aydın, Lazımlı!


