"Ever Given" gəmisi Süveyiş kanalını iyulun 7-də tərk edəcək

"Ever Given" gəmisi Süveyiş kanalını iyulun 7-də tərk edəcək
  04 İyul 2021    Oxunub:1281
Mart ayında Süveyş kanalıın altı gün bağlanmasına səbəb olan yük konteynerləri daşıyan "Ever Given" gəmisi 7 iyulda Misirin əsas su arteriyasını tərk edəcək.
Azvision.az xəbər verir ki, bu barədə kanal rəhbərliyi məlumat verib.

Qeyd olunub ki, 7 iyulda tərəflər arasında bununla bağlı razılaşma imzalanacaq. Mərasimdə gəminin məxsus olduğu şirkətin və Süveyş kanalının rəhbərliyi iştirak edəcək.

Xatırladaq ki, iyunun 30-da "Al Arabiya" telekanalı mənbələrə istinad edərək Süveyş kanalı rəhbərliyinin "Ever Given" gəmisinin sahibi olan şirkətlə su arteriyasına vurulan ziyana görə 540 milyon dollar təzminat ödəniləcəyi barədə razılığa gəldiyini bildirib.

Azvision.az



Teqlər: Misir   Süveyşkanalı  





Xəbər lenti