Bali turistlər üçün açılmayacaq

Bali turistlər üçün açılmayacaq
  05 İyul 2021    Oxunub:3187
İndoneziya hökuməti Bali adasını xarici turistlər üçün açmaqdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin koronavirusla mübarizə üzrə hökumətlərarası qrupun rəhbəri, Dəniz İşləri və İnvestisiyalar üzrə əlaqələndirici naziri Luhut Binsar Pancaitan deyib. Bali adasının iyulun əvvəlində xarici turistlər üçün açılması planlaşdırılırdı.

Nazirin sözlərinə görə, buna səbəb koronavirusun “Delta” ştammının sürətlə yayılmasıdır.

“Adanın açılması mümkün deyil, ona görə də artıq bu cür planları nəzərdən keçirmirik", - rəsmi deyib.

Əlavə edib ki, ilk prioritet koronavirusun qarşısını almaq və peyvənd olunanların sayının artırılmasıdır. O, yoluxmuşların sayının artacağını və vəziyyətin normallaşması üçün önümüzdəki iki həftənin kritik olacağını söyləyib.

Xatırladaq ki, 3 iyul tarixindən etibarən İndoneziya hakimiyyəti Bali əyaləti və Yava adasında ən ciddi sosial-iqtisadi məhdudiyyətlər tətbiq edib.

Pandemiyanın başlanğıcından bəri ölkədə 2,2 milyondan çox yoluxma qeydə alınıb, 60,5 min nəfər ölüb. İndoneziya infeksiya və ölüm sayına görə Asiyada Hindistandan sonra ikinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İndoneziya   Bali  



Xəbər lenti