Azərbaycandakı səfirlər Şuşaya gedir - EKSKLÜZİV

 Azərbaycandakı səfirlər Şuşaya gedir -  EKSKLÜZİV
  05 İyul 2021    Oxunub:2409
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfəri təşkil olunacaq.
Bu barədə Azvision.az -a diplomatik mənbədən məlumat verilib. Qeyd olunub ki, diplomatlar iyulun 8-də Şuşaya yola düşəcəklər. Növbəti gün isə şəhərlə tanışlıq olacaq.

Səfərin məqsədi diplomatlara Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri, cinayət izlərini göstərmək, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri ilə tanış etməkdir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Şuşa   Səfər  





Xəbər lenti