"Taliban" yenə baş qaldırır

"Taliban" yenə baş qaldırır
  05 İyul 2021    Oxunub:1271
Əfqanıstanın Bədəxşan əyalətində Tacikistan ilə dövlət sərhədi boyunca əfqan ordusu ilə Taliban terrorçuları arasında güclü döyüşlər baş verib.
Azvision.az xarici mətbuata istinadla xəbər verir ki, Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Moximay, Şuqnon və Sultan İşkaşim qəzaları artıq tamamilə Taliban terrorçularının nəzarətinə keçib.

Əfqanıstan ordusunun hərbçiləri xilas olmaq üçün Tacikistan sərhədçilərindən yardım istəyiblər. Tacikistan sərhədçiləri isə humanizm prinsiplərini əsas tutaraq ümumilikdə 1037 nəfər əfqan hərbçisinin ölkə ərazisinə keçməsinə icazə veriblər.

Xatırladaq ki, iyulun 3-də Əfqanıstan ordusunun 300, ötən gün isə 94 hərbçisi Tacikistan ərazisinə keçib.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti