Türkiyədən Çinə gedən növbəti qatar Bakı Limanına çatıb

Türkiyədən Çinə gedən növbəti qatar Bakı Limanına çatıb
  05 İyul 2021    Oxunub:1286
İyunun 28-də Türkiyədən yola çıxan, Çinə mineral su və şokolad daşıyan 41 ədəd 40 futluq konteyner qatarı bu gün Bakı Limanına çatıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Azvision.az -a verilən məlumata görə, səhər saatlarında limana çatan qatardan vaqonların ümumi yük anbarına boşaldılması işi operativ şəkildə yerinə yetirilib.
Bu yüklərin sabah limana yan alması nəzərdə tutulan Qazaxıstana məxsus "Barys" gəmisinə yüklənilməsi planlaşdırılır.

Yüklər Qazaxıstandan da dəmiryolu vasitəsi ilə Çinə daşınacaq.

Məlumata görə, orta dəhliz vasitəsi ilə daşınan bu yüklər ümumilikdə 8 693 kilometr yol qət edərək təyinat nöqtəsinə çatacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti