"Brent"in qiyməti dörd ildə ilk dəfə 77 dolları keçib

"Brent"in qiyməti dörd ildə ilk dəfə 77 dolları keçib
  05 İyul 2021    Oxunub:1631
30 oktyabr 2018-ci il tarixindən bu yana ilk dəfə olaraq "Brent" markalı neftin qiyməti 77 dollar həddini keçib.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, qiymət artımının səbəbi bu gün baş tutmalı olan "OPEC +" iclasının ləğvidir.

Xatırladaq ki, əvvəlcədən planlaşdırıldığı kimi bazar ertəsi günü "OPEC +" ölkələrinin iclası baş tutmalı idi. Lakin iştirakçılar qeyri-rəsmi məsləhətləşmələr apardıqları üçün iclas təxirə salındı. Alyans nümayəndə heyətlərindəki mənbələrdən "RİA Novosti"yə bildirilib ki, təşkilat iclası ləğv edib və yeni danışıqların tarixinə hələ ki qərar verilməyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Neft  





Xəbər lenti