"Taliban" Əfqanıstanda qalan NATO hərbçilərini işğalçı elan etdi

  06 İyul 2021    Oxunub :315
"Taliban" Əfqanıstanda qalan NATO hərbçilərini işğalçı elan etdi
Son günlər Əfqanıstanda vəziyyət yenidən gərginləşib.
Mütəxəssislər ölkənin əvvəlki xaotik dönəmə qayıtması ehtimalının artdığını deyirlər. Dünən isə "Taliban" hərəkatının liderlərinin ABŞ-a və Əfqanıstanda 2001-ci ildən bəri davam edən hərbi əməliyyatlarda iştirak etmiş ölkələrə ultimatum irəli sürdükləri bəlli olub. blər. Azvision.az xəbər verir ki, bu barədə “RGRU” nəşri məlumat yayıb. Bildirilir ki, xüsusilə də NATO qoşunlarının geri çəkilməsindən sonra ölkədə qalacaq hər hansı xarici qüvvə işğalçı kimi qəbul ediləcək.

"Texniki heyətdən tutmuş, sıravi əsgərə qədər heç bir xarici hərbçi qoşunların ölkədən çıxarılması prosesi başa çatdıqdan sonra Əfqanıstanın paytaxtında qalmamalıdır",- “Taliban” liderlərindən biri Süheyl Şahin "BBC" telekanalının jurnalisti ilə telefon danışığı zamanı deyib.
Şahinin bu açıqlamasının Əfqanıstanda diplomatik nümayəndəlikləri və Kabil beynəlxalq hava limanını qorumaq üçün minə yaxın ABŞ hərbçisinin qala biləcəyi barədə məlumatların yayılmasından sonra səsləndirildiyi bildirilir.

Xatırladaq ki, "Taliban"la imzalanan müqaviləyə uyğun olaraq ABŞ və NATO koalisiya qüvvələri bütün qoşunlarını geri çəkməyə razılaşıb. Bunun əvəzində isə "Taliban" ölkədə nəzarət etdikləri ərazilərdə beynəlxalq terror təşkilatı olan "Əl-Qaidə"yə və ya hər hansı bir ekstremist qrupa münbit şəraitin yaranmaması barədə öhdəlik götürüb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Əfqanıstan   Taliban  






Xəbər lenti