Tacikistan sərhədə 20 minlik qoşun yerləşdirdi

Tacikistan sərhədə 20 minlik qoşun yerləşdirdi
  06 İyul 2021    Oxunub:1450
Tacikistan-Əfqanıstan sərhədində yaranmış gərginlik artmaqdadır.
Azvision.az xəbər verir ki, "Taliban"ın sərhədlərə doğru irəliləyərək qəsəbə və kəndləri nəzarətə götürməsi qonşu ölkədə ciddi narahatlıq yaradıb. Bu səbəbdən də taciklər sərhədə minlərlə hərbçi cəlb ediblər.

TASS-ın yaydığı məlumata görə, Müdafiə Nazirliyi prezident Emoməli Rəhmonun təlimatına uyğun olaraq Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üçün ehtiyatda olan 20 min hərbi qulluqçunun sərhəd ərazilərinə göndərilməsinə qərar verib.

Xatırladaq ki, son iki həftə ərzində Tacikistan-Əfqanıstan sərhədində qarışıqlıq yaranıb. Taliblərdən qaçan əfqan qoşunlarına məxsus xeyli sayda hərbçi dəfələrlə Tacikistana keçib. Eyni zamanda, prezidentin dövlət sərhədində transmilli cinayət, terror və narkotik ticarəti hallarının qarşısını almağı da tapşırdığı bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Tacikistan   Sərhəd  



Xəbər lenti