Şənliyə qatılan 200-ə yaxın gənc virusa yoluxdu
"Ensxedəki diskotekalardan birində koronavirusa yoluxan gənclərin sayı 180-ə yüksəlib. Hazırda bu sayın ciddi şəkildə artacağı gözlənilmir",-xəbərdə yazılıb.
Məqalə müəllifinin sözlərinə görə, şənliyə 800-ə yaxın gənc qatılıbmış. Maraqlıdır ki, diskoklubun girişində bura gələn ziyarətçilərin peyvənd sertifikatları və ya koronavirus testləri də yoxlanılıbmış. Koronavirus xəstələrinin kluba necə daxil ola bilməsi hazırda araşdırılır. Əyləncə obyekti isə bağlanıb.
Qeyd edək ki, iyunun 26-dan Hollandiya karantin məhdudiyyətlərinin bir qismini yumşaltmışdı. Artıq ölkədə restoran, teatr, kinoteatr və musiqi məkanları ziyarətçi sayında məhdudiyyətlər qoymur. Bütün müəssisələr 1,5 metrlik məsafənin qorunması şərti ilə yenidən açılıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Virus Hollandiya







Vaxtında, Aydın, Lazımlı!


