Ermənistanda virusdan ölənlərin sayı 4530 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 4530 nəfərə çatıb
  06 İyul 2021    Oxunub:1226
Ermənistanda son sutka ərzində daha 55 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 225 661 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4530-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1101 nəfərdir. Aktiv xəstələrin sayı 2780 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti