Rusiyada virusdan ölüm sayında rekord

 Rusiyada virusdan ölüm sayında rekord
  06 İyul 2021    Oxunub:1495
Rusiyada son sutka ərzində koronavirusa 23 378 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 658 672 nəfərə çatıb.

Rusiyada son bir gündə 737 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 139 316 nəfərdir. İndiyədək 5 101 852 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  



Xəbər lenti