Taxıl Fondu buğda tədarükünü elan edib

   Taxıl Fondu buğda tədarükünü elan edib
  06 İyul 2021    Oxunub:1104
Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Pak-Nur” MMC, “Xırman” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, və Dəvəçi-Dəyirman MMC vasitəsilə yüksək keyfiyyətli ərzaq buğdasının tədarükünü elan edib.
Azvision.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, tədarük sentyabrın 1-nə kimi davam edəcək. İqtisadiyyat Nazirliyinin 1 iyul 2021-ci il tarixli İN-X/O-6413/2021 nömrəli məktubundakı təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından məhsulun bir tonu 400 manata alınacaq. Amma taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər.

Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

• buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

• buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

• buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə):

• bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq:

• 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla

• yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)

VI. Şüşəvarilik:

• 3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla

VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir

X. Digər əlamətlər (göstəricilər) – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):

• “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;

• “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;

• “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-585-84-08, 070-585-84-08;

• “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;

• “Muğan” ASC “, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;

• “Pak-Nur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küç., tel: 050-220-82-55; 055-220-82-55;

• “Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;

• “ “Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;

• “Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66; 012-323-77-46

• “Dəvəçi-Dəyirman MMC”:Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

• Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilmişdir;

• Qida Təhlükəsizliyi Agentliyinin verdiyi daxili karantin sertifikatı.

Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaq.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar telefon xəttinə müraciət etmək olar.

Azvision.az



Teqlər: Buğda  





Xəbər lenti