Suriya üzrə danışıqların vaxtı açıqlandı

Suriya üzrə danışıqların vaxtı açıqlandı
  06 İyul 2021    Oxunub:1237
Astana formatı üzrə Suriya nizamlanması ilə bağlı növbəti danışıqlar raundu 7-8 iyul tarixlərində Nursultanda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə qarant ölkələrin - İran, Rusiya və Türkiyənin nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətin iştirakı planlaşdırılır. BMT, İordaniya, Livan və İraqın yüksək səviyyəli təmsilçiləri isə müşahidəçi qismində danışıqlara qatılacaq.

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen görüşdə iştirakını təsdiqləyib.

Xatırladaq ki, Astana formatı üzrə Suriya ilə bağlı müzakirələr 2017-ci ildən keçirilir.

Pərvanə Sultanova
Azvision.az








Teqlər: Suriya   Astana  





Xəbər lenti