Rusiyada itən təyyarənin qalıqları tapıldı

 Rusiyada itən təyyarənin qalıqları tapıldı
  06 İyul 2021    Oxunub:774
Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin qalqılarını aşkar ediblər.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyi məlumat yayıb.
Rusiyada itən təyyarə dənizə düşüb - YENİLƏNİB

Qeyd olunub ki, landşaftın xarakteri axtarışların aparılmasını çətinləşdirir. İlkin məlumata görə, qəzadan sağ qalan yoxdur. Petropavlovskdan Kamçatkanın Palan kəndinə uçan təyyarə təyinat nöqtəsindən doqquz kilometr aralıda radarlardan itib.

Təyyarədə altı ekipaj üzvü və iki azyaşlı da daxil olmaqla 22 sərnişin olub.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:   Qəza   Türkiyə  





Xəbər lenti