ABŞ məhbus və mina xəritəsi mübadiləsini alqışladı

 ABŞ məhbus və mina xəritəsi mübadiləsini alqışladı
  06 İyul 2021    Oxunub:680
ABŞ 3 iyul tarixində Azərbaycanın 15 erməni məhbusu sərbəst buraxmasını və onların ölkələrinə qayıtmasını, həmçinin, Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını alqışlayırıq.
Azvision.az bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir.

Qeyd olunub ki, bu addımlar 12 iyun tarixində Azərbaycanın erməni məhbuslarını sərbəst buraxması və Ermənistanın minalardan təmizlənməni asanlaşdırmaq üçün Azərbaycana məlumat vermək qərarından sonra baş verdi.

"ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ, həmçinin Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini qiymətləndirir. ABŞ bütün tutulanların geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi çağırışlarını davam etdirir. Bölgədəki əməkdaşlığı və nizamlanmamış məsələlərin həllini dəstəkləməyə hazırıq. Biz, həmçinin Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa çağırırıq", - açıqlamada deyilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Mina  





Xəbər lenti