Almaniyada növbəti bıçaqlı hücum

Almaniyada növbəti bıçaqlı hücum
  06 İyul 2021    Oxunub:772
Almaniyada naməlum şəxs vətəndaşlara bıçaqla hücum edib.
Azvision.az xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb. Bildirilir ki, hadisə Düsseldorf hava limanında baş verib.

Məlumata görə, hücum nəticəsində bir nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin hadisə ilə bağlı digər detallar açıqlanmayıb. Cinayətkar isə hadisə yerindən qaçmağı bacarıb.

Qeyd edək ki, bu son iki həftə ərzində ictimai yerlərdə vətəndaşlara olan üçüncü silahlı hücumdur.
Bundan öncə iyunun 25-də Vürzburq şəhərində yaşanmış oxşar insident zamanı 3 nəfər ölmüş, 6 nəfər isə ağır bədən xəsarətləri almışdı. İyunun 28-də Erfurt şəhərində vətəndaşlara olan bıçaqlı hücum nəticəsində isə 2 nəfər yaralanmışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Almaniya   Hücum  



Xəbər lenti