"Rus sülhməramlıları bizi köçməyə qoymur" - İki erməninin Laçında söhbəti (VİDEO)

 "Rus sülhməramlıları bizi köçməyə qoymur" -  İki erməninin Laçında söhbəti (VİDEO)
  06 İyul 2021    Oxunub:12918
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları ermənilərin Qarabağı kütləvi tərk etməsinin qarşısını almağa çalışırlar.
Qaçırlar: Ermənistanı tərk edənlərin sayı rekord vurur - Statistika
Azvision.az xəbər verir ki, bu barədə Laçın dəhlizi ilə avtomobillə hərəkət edən iki erməninin dialoqundan məlum olub. “Youtube” platformasında yerləşdirilən videoda jurnalist Narine Kirakosyan və sürücü müharibədə necə məğlub olduqlarından, Ermənistanda hakimiyyət üstündə gedən gizli müharibədən və Qarabağda yaşayan ermənilərin həyatından bəhs edirlər.

Onların söhbətindən məlum olur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları erməniləri Qarabağa geri qayıtmağa məcbur edirlər:
- Rusiya sülhməramlıları bizə deyirlər ki, geri qayıtmalısınız. Çünki, əgər çıxıb getsək, Azərbaycan Rusiyadan tələb edəcək ki, burada (Qarabağda – red.) qorumağa heç kim qalmayıb və demək, Rusiya sülhməramlılarının da Qarabağda qalmasına ehtiyac yoxdur. Ona görə də bizi geri qaytarırlar ,- Narine Kirakosyan deyir.


Azvision.az


Teqlər:   Qarabağ  





Xəbər lenti