Günəşdə son illərin ən güclü partlaması qeydə alınıb

Günəşdə son illərin ən güclü partlaması qeydə alınıb
  06 İyul 2021    Oxunub:1642
Alimlər Günəşdə X sinfə aid olan və 2017-ci ildən bəri ən güclü sayılan partlayış qeydə alıblar.
Azvision.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Günəş partlaması 3 iyul- şənbə günü baş verib.Alimlərin fikrincə, bu yeni, 25-ci günəş dövründə ilk X-sinif partlaması idi.

Qeyd edək ki, Günəşdəki partlamalar Latın hərifləri ilə-A, B, C, M və ya X-lə ölçülür. Yəni partlamalar alovun rentgen şüalanmasının pik intensivliyinin böyüklüyünə (A ən kiçik, X ən böyükdür) görə təsnif edilir. Amerikalı astronom Toni Filipsin sözlərinə görə, partlamaya səbəb olan günəş ləkəsi qəfildən ortaya çıxdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Günəş  





Xəbər lenti