ATƏT PA-nın yay sessiyası başa çatıb
Səsvermə zamanı qətnamə deputatların əksər səs çoxluğu ilə qəbul olunub.
Qətnamə qəbul olunduqdan sonra Azay Quliyev Azərbaycanın və Türkiyənin düzəlişlərini qəbul etdiyinə və konstruktiv əməkdaşlığa görə senatora təşəkkürünü bildirib.
Bundan başqa, Azay Quliyev ATƏT-in müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru kimi bu ilin aprelində Albaniyada keçirilən parlament seçkiləri haqqında hesabat məruzəsi ilə çıxış edib, seçki prosesi zamanı missiyanın müəyyən etdiyi müsbət və mənfi məqamlar haqqında Assambleyanı məlumatlandırıb.
ATƏT Parlament Assambleyasının yay sessiyası qurumun prezidentini, vitse-prezidentlərini və komitə sədrlərini seçdikdən sonra işini başa çatdırıb. İsveçdən olan deputat Marqareta Sedelfert cəmi 2 səs fərqi ilə, yəni 128 deputatın dəstəyini qazanaraq norveçli rəqibi Kari Henriksenə qalib gəlib və ATƏT Parlament Assambleyasının prezidenti seçilib.
Azvision.az
Teqlər: ATƏT-PA