KTMT Əfqanıstan məsələsinə müdaxilə edəcək

 KTMT Əfqanıstan məsələsinə müdaxilə edəcək
  07 İyul 2021    Oxunub:1712
Əfqanıstanda vəziyyət çox sürətlə pisləşir. "Amerika və NATO ölkələri qoşunlarının tələsik Əfqanıstandan çıxarılması kontekstində bu ölkədə baş verənləri diqqətlə izləyirik. Prezident Vladimir Putin Tacikistan və Özbəkistan liderləri ilə telefon danışıqları aparıb. Həmçinin, Orta Asiyanın digər respublikalarının rəhbərləri ilə də təmasdadır",- bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Moskvanın KTMT-dəki öhdəliklərinin tam qüvvədə qaldığını vurğulayaraq deyib ki, Moskva Tacikistan-Əfqanıstan sərhədindəki hərbi bazasından istifadə də daxil olmaqla, KTMT-dəki müttəfiqlərinə qarşı təcavüzü dayandırmaq üçün hər şeyi edəcək. XİN rəhbəri KTMT nümayəndələrinin artıq sərhəd bölgəsini ziyarət etdiklərini bildirib.

Xatırladaq ki, ABŞ və beynəlxalq koalisyanın qoşunlarını Əfqanıstandan çıxarmağa başlamaları ölkədə vəziyyətin daha da pisləşməsinə, "Taliban" radikal hərəkatı yaraqlılarının daha geniş əraziləri ələ keçirməsinə səbəb olub.

2020-ci ildə Dohada Vaşinqton ilə Taliban nümayəndələrinin arasında Əfqanıstanda 18 ildən çox davam edən müharibə ilə bağlı ilk sülh müqaviləsi imzalanmışdı. Həmin müqavilə xarici kontingentin ölkədən çıxmasını, məhbus mübadiləsini və dialoqun başlanmasını nəzərdə tuturdu.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   SergeyLavrov  





Xəbər lenti