Direktorun cinayət işi məhkəməyə göndərilib

  07 İyul 2021    Oxunub :376
Direktorun cinayət işi məhkəməyə göndərilib
Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürovun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılmış istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az

Teqlər: Baş-Prokurorluq  






Xəbər lenti