Təyyarə qəzasında 28 nəfər öldü

Təyyarə qəzasında 28 nəfər öldü
  07 İyul 2021    Oxunub:677
Kamçatkada qəzaya uğramış An-26 sərnişin təyyarəsində olan 28 nəfərdən 9-nun cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xilasedicilər qəza yerində axtarış işlərini davam etdirirlər. Yüksək dalğalar və güclü külək axtarışa mane olur. Sinoptiklərin məlumatına görə, pis hava şəraiti iyulun 9-dək davam edəcək. Bundan əlavə, mütəxəssislər qayaların üzərinə düşən təyyarənin fraqmentlərini əldə etməyə çalışırlar.

İyulun 6-da Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsində enişə az qalımış təyyarə qəzaya uğrayıb. Qayalara çırpılan təyyarə parçalara ayrılıb. Ekipaj üzvləri daxil olmaqla 28 nəfər ölüb. Onların xatirəsinə Kamçatka rəhbərliyi üç günlük matəm elan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kamçatka   Təyyarə   Qəza  





Xəbər lenti