Taliban Tacikistanla sərhədi ələ keçirib

Taliban Tacikistanla sərhədi ələ keçirib
  07 İyul 2021    Oxunub:1045
Əfqanıstan və Tacikistan sərhədində gərginlik davam edir.
Azvision.az xəbər verir ki, artıq Taliban hərəkatı əksər sərhəd bölgələrini ələ keçirdiyini bəyan edib. Hərəkatın liderlərindən olan Zabiullah Mücahid Tacikistanla sərhədin yüzdə 70-ə qədərinin təşkilatın silahlı birləşmələrinin nəzarəti altında olduğunu və ələ keçirdikləri ərazilərdə təhlükəsizliyə riayət edəcəklərini bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdullah Mohib əyalətin şimal bölgələrində kritik vəziyyətin yarandığını elan etmişdi. Eyni zamanda, BMT nümayəndələri ölkənin 50 bölgəsinin Talibanın ələ keçirməsi və silahlıların Kabula uğurlu irəliləməsi barədə məlumat yaymışdı.

Rusiya da yaranmış bu gərgin duruma reaksiya verib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı proseslərə biganə qalmayıb. General-polkovnik Anatoli Sidorovun başçılıq etdiyi xüsusi işçi qrupu Tacikistana gedərək Əfqanıstanla sərhəddəki vəziyyəti izləyəcəklərini açıqlayıb. Bundan sonra işçi qrupu vəziyyətin kəskinləşməsi halında KTMT çərçivəsində birgə tədbirlər planı hazırlayacaq.

Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyi 201-ci hərbi bazanın Əfqanıstanla sərhəd yaxınlığında yardım göstərmək üçün təchiz olunduğunu bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti