Səfir Putin-Paşinyan görüşündən danışıb

Səfir Putin-Paşinyan görüşündən danışıb
  07 İyul 2021    Oxunub:1040
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasındakı görüşdə liderlərin uyğun gördükləri məsələlər müzakirə ediləcək.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

O, mövcud vəziyyət nəzərə alınaraq, təhlükəsizlik mövzusunun diqqətdə olacağını əlavə edib. Səfir bildirib ki, ikitərəfli siyasi dialoqun inkişaf dinamikasının daha da dəstəklənməsi, iqtisadi və humanitar sahələrdə münasibətlər barədə fikir mübadiləsi aparılacaq.

“Bu, seçkilərdən sonra Ermənistanda yaranmış vəziyyəti nəzərə alaraq münasibətlərimizi daha da aktivləşdirmək, dərinləşdirmək məqsədi daşıyır. Çox vacib bir məqam da var. Gələn il diplomatik münasibətlərimizin 30 illiyini, Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilənin 25 illiyini qeyd edirik. Düşünürəm ki, liderlər bu mövzuda da fikir mübadiləsi aparacaqlar", - Kopırkin vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Moskvada görüşəcəklər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: VladimirPutin   NikolPaşinyan   Görüş  



Xəbər lenti