4 aya koronavirusun 22 yeni mutasiyası yaranacaq - Riyazi proqnoz

   4 aya koronavirusun 22 yeni mutasiyası yaranacaq    - Riyazi proqnoz
  07 İyul 2021    Oxunub:2211
Yaxın 4 ayda dünyada SARS-CoV-2 virusunun 22 yeni mutasiyasının yayılacağı gözlənilir. Amerika alimləri hazırladıqları xüsusi proqnozlaşdırma modelinin köməyilə bu qənaətə gəliblər.
Azvision.az medrxiv.org- a dayanaraq, xəbər verir ki, model koronovirusun spike-zülalında baş verən mutasiyaları proqnozlaşdırmağa kömək edir. Qeyd edək ki, məhz həmin zülaldakı mutasiyalar virusun insanın immun sistemindən yayınmasını təmin edir.

Virisun necə təkamül keçirəcəyini bilmək yeni ştammlara qarşı qabaqcadan vaksin hazırlamaq baxımından vacibdir. “Vir Biotechnology” şirkətilə Templ Universitetinin Genomika və Təkamül Təbabəti institutunun eksperlətinin hazırladıqları riyazı model 5 qrupa bölünmüş 48 parametrin üzərində əməliyyat aparır.

Modelin yaradılması üçün 1 104 875 sekvensiya (genetik kod nümunəsi) və bugünə qədər məlum olan 6,2 min mutasiya analiz edilib. Proqnoz qabiliyyətini yoxlamaq üçün alimlər onu retrospektiv qaydada, yəni artıq yayılmış mutasiyalara tətbiq edərək, qənaətbəxş nəticələr alıblar. Məsələn, “Hindistan ştammı”nın yaranmasına gətirib çıxaran L452R, P618R, E484Q mutasiyalarını model restrospektiv qaydada əvvəlcədən proqnozlaşdıra bilib.

SARS-CoV-2 virusunda təkamül mutasiyaları fasiləsiz baş verir və onların çoxu neytral xarakterlidir, virusda ciddi dəyişmələrə yol açmır. Spike-zülalda baş verən mutasiyalar daha vacib sayılırlar, çünki immun sisteminin antitelləri hədəfi məhz bu zülalın sayəsində müəyyən edir.

Samir Quliyev

Azvision.az


Teqlər: Koronavirus   Ştamm  





Xəbər lenti