|
| Haiti Prezidenti öldürüldü |
Xatırladaq ki, prezidentin şəxsi iqamətgahına naməlum şəxlərin hücumu olub. Bu barədə ölkənin baş naziri vəzifəsini icra edən Klod Cozef məlumat yayıb. Onun sözlərinə görə, prezidentin iqamətgahı yerli vaxtla gecə saat 01:00-də silahlı hücuma məruz qalıb.
"Naməlum şəxslər gecə Prezidentin iqamətgahına hücum edib, onların bəziləri ispan dilində danışıb. Həmin şəxslər prezidenti güllələyiblər. Ölkənin birinci xanımı Martine Moiz yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - baş nazir bildirib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


