Haiti BMT-ni Prezidentin qətlini araşdırmağa çağırır

Haiti BMT-ni Prezidentin qətlini araşdırmağa çağırır
  07 İyul 2021    Oxunub:1180
Haitinin baş naziri Klod Cozef beynəlxalq ictimaiyyəti ölkə Prezidenti Jovenel Moizin qətlini araşdırmağa çağırıb.
Azvision.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

O, vəziyyəti müzakirə etmək üçün BMT-dən Təhlükəsizlik Şurasının iclasını çağırmağı xahiş edib.

Xatırladaq ki, Haiti Prezidenti iqamətgahında naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Prezident aldığı güllə yarasından ölüb, xanımı Martine Mousenin isə əvvəlcə xəstəxanada dünyasını dəyişdiyi bildirilsə də, daha sonra onun ağır vəziyyətdə olduğu barədə məlumat verilib.

Bu, 2017-ci ildə prezident vəzifəsinə başlamış Moizin həyatına ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı da silahlı hücuma məruz qalmışdı. O vaxt yüngül yaralanan prezident təhlükəsiz yerə aparılmışdı. Həmçinin, onun üç mühafizəçisi də yaralanmışdı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti   BMT  





Xəbər lenti