Tacikistan sərhəddəki vəziyyətlə bağlı KTMT-dən kömək istəyib
Onun sözlərinə görə, mühafizəsi lazım olan sərhədin müəyyən hissələri ucqar dağlıq ərazilərdə yerləşir.
“Tacikistan Əfqanıstanla ən uzun sərhəddə yerləşən bir ölkə olaraq, vəziyyəti nəzarətdə saxlamaq, bu ölkədən gələn təhdid və problemlərə qarşı mübarizə üçün lazımi tədbirləri görür. Ancaq bölgədəki mövcud vəziyyəti və Əfqanıstanla sərhədin müəyyən hissələrinin ucqar dağlıq ərazilərdə yerləşməsini nəzərə alsaq, bu vəzifənin öhdəsindən tək gəlmək çətin görünür”, - Sultonov qurumun daimi Şurasının iclasında bildirib.
Tacikistan tərəfinin fikrincə, şərtlər cənub sərhədlərini qoruma potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsi ilə yanaşı KTMT daxilində adekvat cavab tələb edir.
“Bu çərçivədə Kollektiv Təhlükəsizlik Şurasının 23 sentyabr 2013-cü il tarixli “Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsində Tacikistan Respublikasına yardım göstərilməsi haqqında” qərarının icrasını təmin etmək zərurəti aktual olaraq qalır. Buna görə də quruma üzv dövlətləri bu sənədin tam həyata keçirilməsinə töhfə verməyə çağırırıq”, - o bildirib.
İyulun 5-də Tacikistan Prezidenti Emoməli Rahmon Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üçün 20 min hərbi ehtiyatı səfərbər etmək barədə göstəriş verib. Elə həmin gün, "Taliban" terrorçuları ilə silahlı toqquşmalardan sonra 1000-dən çox əfqan hərbçinin Tacikistana geri çəkildiyi bildirildi.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Tacikistan Əfqanıstan Sərhəd







Vaxtında, Aydın, Lazımlı!


