Haiti Prezidentinin xanımı Mayamiyə aparılır
Qeyd edilib ki, o, təcili olaraq tibbi yardım üçün Mayamiyə aparılır. Birinci xanımın ölümü barədə xəbərlər Haitinin ABŞ-dakı səfiri Mişel Sison tərəfindən təkzib edilib.
Bundan əvvəl, 7 iyulda, Haiti Nazirlər Şurası Prezidentin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edildiyini açıqlayıb. Dövlətin liderinə və həyat yoldaşına edilən hücumda məsuliyyət daşıyanların hamısının tapılaraq ədalət mühakiməsinə çıxarılacağı bildirilib.
Xatırladaq ki, Haiti Prezidenti və xanımı iqamətgahında naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Prezident aldığı güllə yarasından ölüb, xanımının
hücumda yaralandığı, daha sonra öldüyü barədə məlumatlar yayılmışdı.
ABŞ hadisəni faciə adlandırıb. Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın Haiti xalqı ilə həmrəy olduğunu və ölkəyə lazımi köməyi göstərməyə hazır olduqlarını vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Haiti Silahlıhücum







Vaxtında, Aydın, Lazımlı!


