Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilər?

 Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilər?
  08 İyul 2021    Oxunub:1223
"Henley & Partners” Pasportlar İndeksi ilə bağlı yeni məlumat dərc edib.

Azvision.az təşkilatın saytına istinadla xəbər verir ki, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur. Bu ölkənin vətəndaşları dünyanın 193 nöqtəsinə vizasız gedə bilər.
Növbəti yerdə Sinqapur (192 ölkə), üçüncü sırada isə Cənubi Koreya və Almaniya qərarlaşıb.

Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdədir. Azərbaycan vətəndaşları dünyanın 68 ölkəsinə vizasız ziyarət edə bilərlər.

Reytinqdə sonuncu - 109-cu yeri Əfqanıstan tutur. Bu ölkənin vətəndaşları dünyanın cəmi 26 ölkəsinə vizasız səfər edə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Pasport  



Xəbər lenti