Qanunsuz silah saxlayan şəxs tutuldu

Qanunsuz silah saxlayan şəxs tutuldu
  08 İyul 2021    Oxunub:763
Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-in əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Kamrəddin Ələsgərovun rayonun Sərkarlı kəndindəki fərdi yaşayış evinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, yivli “TOZ 8” markalı odlu silah aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: silah  





Xəbər lenti