"Kapitulyator Moskvada ölkəmizin gələcəyini dəfn etdi"- Babayan
“Siz kapitulyantın rus dilinin pis olması və üzündəki yersiz ifadə haqqında dedi-qodular edirsiniz. Moskvada baş verənlər barədə daha ciddi şeyləri düşünürsünüzmü? Azərbaycan silahlı qüvvələrinin Ermənistan "ərazisində"(Qaragöl, Zəngəzur-red.) mövcudluğu leqallaşdırıldı. Bu mövzunun bağlandığını deyə bilərik. Bütün məhkumların dərhal geri qaytarılması tələbi yenidən qaldırılmadı. Amma biz yenə də xoş niyyətə ümid edən ofisiant rolunda qaldıq. Qarabağın statusu məsələsi yenidən qapalı mövzuya çevrildi. Kapitulyator nəhayət ölkəmizin gələcəyini basdırdı”-Babayan bildirib.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş keçiriblər.
Tural Tağıyev
Azvision.az
Teqlər: Paşinyan Moskva Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


