"Zəngəzur mis-molibden" kombinatında axtarış

"Zəngəzur mis-molibden" kombinatında axtarış
  08 İyul 2021    Oxunub:926
Ermənistan hüquq-mühafizə orqanları Kacaran şəhər meri Manvel Paramazyanın mənzilində və Sünik bölgəsindəki Zəngəzur kombinatınada axtarışlar aparır.
Azvision.az xəbər verir ki, bu barədə vəkil Robert Ayrapetyan “Facebook” səhifəsində yazıb.

Vəkil axtarışların “Zəngəzur mis-molibden" kombinatında başladığını vurğulayıb.

"Şou davam edir", - Ayrapetyan yazıb.

Qeyd edək ki, Paramazyan son seçkilərdə ikinci prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" blokunu dəstəkləyib. "Zəngəzur mis-molibden" kombinatına gəlincə, onun səhmdarlarından biri də “Ermənistan” blokunun siyahısında deputatlığa namizəd olan Sünikin keçmiş meri Vahe Akopyandır.

Xatırladaq ki, dünən Gorus meri Aruş Aruşanyan da saxlanılıb, lakin bir neçə saat sonra sərbəst buraxılıb. O, saxlanılmasını siyasi motivli təqib adlandırıb. Aruşanyan 20 iyun tarixində keçirilən erkən parlament seçkilərində seçiciləri rüşvətlə ələ almaqla bağlı cinayət işində şübhəli hesab olunur.

Ermənistanda iyunun 20-də keçirilən erkən parlament seçkilərində 25 siyasi qüvvə - 21 partiya və 4 blok iştirak edib. MSK-nın açıqladığı nəticələrə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin 53,91% -ni qazanaraq qələbə çalıb. Koçaryanın “Ermənistan” bloku 21,09%, üçüncü prezident Serj Sarkisyanın “Şərəfim var” bloku isə 5,22% səs alıb. Bu üç qüvvə səkkizinci çağırış parlamentdə təmsil olunacaq. Həm “Ermənistan”, həm də “Şərəfim var” bloku seçkilərin etibarsız elan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Müraciətə 9 iyulda baxılacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kacaran   Zəngəzur   Axtarış  





Xəbər lenti