Ermənistanda virusa yoluxanların sayı artdı

Ermənistanda virusa yoluxanların sayı artdı
  08 İyul 2021    Oxunub:787
Ermənistanda son sutka ərzində 186 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 225 987 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4536-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1104 nəfərdir. Aktiv xəstələrin sayı 2966 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti