“Diqqətli olun, bu peyvəndlərə yox deyin!" – Fransa dövlət katibi

      “Diqqətli olun, bu peyvəndlərə yox deyin!"    – Fransa dövlət katibi
  08 İyul 2021    Oxunub:1519
Fransanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı ölkələrini Rusiya və Çinin icad etdiyi vaksinləri tanımamağa çağırıb. AzVision.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi yanında dövlət katibi Kleman Bon belə bir bəyanatla çıxış edib.
Kleman Bon Fransa ilə tərəfdaş ölkələrə Rusiya, Çin və bir sıra başqa ölkələrin COVID-19 əleyhinə vaksinlərindən imtina etməyi tövsiyə edib.

- Diqqətli olun, bu peyvəndlərə yox deyin! Yalnız keyfiyyətindən əmin olduğumuz vaksinlərlə peyvənd olunmuş insanların Fransa ərazisinə girişinə icazə vermək lazımdır, - diplomat deyib.

O, qeyd edib ki, hazırda Fransada və Avropa ölkələrində rəsmi olaraq 4 vaksin tanınır. Onlar Johnson & Johnson, Pfizer/BioNTech, AstraZeneca və Modernadır.

Xatırladaq ki, Avropa mayın 20-dən etibarən Avropa Dərman Agentliyi (EMA) və Dünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dərmanlarla peyvəndlənmiş turistlərə giriş icazəsi verib. Rusiya və Çin vaksinləri bu siyahıya daxil edilməyib. Ruslara gözləməyi və ya Rusiyadan turist gözləyən ölkələrə getmələrini tövsiyə ediblər.

S.Həsənova
Azvision.az


Teqlər: vaksin  



Xəbər lenti