Rusiyada virusdan bir gündə 734 nəfər ölüb

Rusiyada virusdan bir gündə 734 nəfər ölüb
  08 İyul 2021    Oxunub:640
Rusiyada son sutka ərzində koronavirusa 24 818 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 707452 nəfərə çatıb.

Rusiyada son bir gündə 734 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 140775 nəfərdir. İndiyədək 5 143255 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  





Xəbər lenti