"Taliban" Əfqanıstanın 85%-ni tutduğunu deyir

"Taliban" Əfqanıstanın 85%-ni tutduğunu deyir
  08 İyul 2021    Oxunub:1182
“Taliban” yaraqlıları Əfqanıstanın müxtəlif vilayətlərində ümumilikdə 169 rayonu ələ keçiriblər. Bunu “Taliban” radikal hərəkatının nümayəndəsi Zabiulla Mücahid bildirib. Onun sözlərinə görə, son iki ayda “Taliban” 400-ə yaxın rayondan 167-sini tutub. Dünən gecə isə Herat və Zabul əyalətlərində daha iki bölgəyə nəzarəti ələ alıb.
"Bununla da nəzarət olunan bölgələrin ümumi sayı 169-a çatıb", - Mücahid vurğulayıb.

Azvision.az xəbər verir ki, hazırda “Taliban” ölkənin 85% -nə nəzarət etdiyini bildirir.

Öz növbəsində Əfqanıstan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi general Dövlət Vəziri məlumatı təkzib edib. Bildirib ki, "Taliban"ın iddiası doğru deyil: "Əvvəllər də hərəkat təmsilçiləri ərazilərin 60 və ya 70 faizindən çoxunu tutduqlarını bildiriblər".

Təhlükəsizlik və müdafiə sektorunun sözçüsü general Ajmal Şinfari bölgələrin silahlıların hücumuna məruz qalmadığını və təhlükəsizlik qüvvələrinin yenidən güc toplamaq üçün taktiki olaraq geri çəkildiyini bildirib. Onun sözlərinə görə, ordu bu yaxınlarda 14 bölgəni geri alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti