İsraildən "Suriyaya hücum etmə" çağırışı

İsraildən "Suriyaya hücum etmə" çağırışı
  08 İyul 2021    Oxunub:1609
Astana prosesinin qarant ölkələri (Rusiya, İran və Türkiyə) İsraili Suriyaya hərbi hücumları dayandırmağa çağırıblar.
Azvision.az xəbər verir ki, bu barədə üç ölkə - Rusiya, İran, Türkiyə nümayəndələrinin Astana formatında Suriya üzrə 16-cı beynəlxalq görüşün yekunları üzrə birgə bəyanatında deyilir.

"İsrailin Suriyada beynəlxalq hüququ, beynəlxalq humanitar hüququ, ölkənin və qonşu dövlətlərin suverenliyini pozan, bölgədəki sabitlik və təhlükəsizliyi təhdid edən hərbi hücumlarını qınayırıq və onları dayandırmağa çağırdıq", - bəyanatda vurğulanıb.

Tərəflər eyni zamanda Suriya münaqişəsinin hərbi yolla həllinin olmadığını ifadə ediblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Astana   Suriya  



Xəbər lenti