"Qarabağ məsələsində Azərbaycanla daimi təmasdayıq" - Peskov

 "Qarabağ məsələsində Azərbaycanla daimi təmasdayıq" -    Peskov
  08 İyul 2021    Oxunub:1016
Qarabağ məsələ ilə bağlı üçtərəfli razılaşmanın icrasına dair Azərbaycanla əlaqələr daimi xarakter daşıyır.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
İyulun 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra Azərbaycan tərəfi ilə də hər hansı danışıqların gözlənildiyinə dair suala cavabında Peskov əlavə edib ki, Azərbaycan tərəfi ilə kontaktlar davamlı olaraq aparılır.

"Hamı üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsinin çox vacib və alternativsiz olduğu ilə razılaşır. Bu çərçivədə həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə təmaslar həyata keçirilir”, - deyə Peskov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Azərbaycan  



Xəbər lenti