Ərin güllələdiyi arvad: "Ayaqlarımı qaytarın!"
Məhkəmədən sonra qızını görməyə gələn ata keçmiş həyat yoldaşına 5 dəfə atəş açıb. Sabiha Mutlu hər iki ayağından və sağ əlindən güllə yaraları alıb. Yaralı qadın xəstəxanaya aparılarkən, polis onun həyat yoldaşını yaxalayaraq həbsxanaya göndərib.
Aldığı güllə yaralarından hələ də yeriyə bilməyən Sabiha mutlu məhkəməyə xərəkdə gətirilib. O, çıxışı zamanı "ədalət istəyirəm, ayaqlarımı geri istəyirəm, əlil qalacağam, yataq xəstəsi oldum. Ən yüksək səviyyədə cəzalandırılmasını istəyirəm", - qışqıraraq etirazını bildirib.
Məhkəmə iclasında tərəflərin vəkilləri iştirak edib. Nəzarətə alınan Samet Mutlu koronavirusa yoluxduğunu əsas gətirərək iclasa qatılmayıb. Məhkəmə əskik qalan dəlilləri tamamlamaq məqsədilə təxirə salınıb.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


