Qırğızıstanın keçmiş prezidentləri axtarışa verildi

 Qırğızıstanın keçmiş prezidentləri axtarışa verildi
  08 İyul 2021    Oxunub:1412
Qırğızıstanın keçmiş prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev barəsində Kumtor qızıl mədəninin işlənməsində yol verilən korrupsiyaya görə axtarış elan edilib.
Azvision.az xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyevin məlumatına görə, istintaq qrupu Kumtor qızıl yatağının işlənməsi layihəsinin müxtəlif mərhələlərində korrupsiyanı araşdırır. İstintaq layihənin icrası ilə əlaqədar hadisələrin bütün xronologiyasını dərindən təhlil edib. Müəyyən olunub ki, prezidentlər Akayev və Bakiyev vəzifələrindən sui-istifadə edərək, korrupsiyaya yol veriblər.

İstintaq, həmçinin keçmiş prezidentlər Almazbek Atambayev və Sooronbay Jeenbekovun da Kanada şirkətləri ilə respublika üçün əlverişsiz olan müqavilələrin bağlanmasında iştirakını müəyyənləşdirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qırğızıstan  



Xəbər lenti