"Azərbaycan inkişaf etmiş və güclü ölkədir" - Aİ Komissarı
O deyib: “Region ölkələrinin sosial və iqtisadi cəhətdən daha güclü olması üçün bu plan reallaşdırılacaq və biz bu planla regionda iqtisadi, sosial inkişafa təkan verə biləcəyik. Azərbaycan bölgədə pandemiyadan minimum zərərlə çıxan ölkədir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və güclü ölkədir. Ona görə də biz əsas diqqəti iqtisadi və sosial sahələrə yönəltmişik. Bununla yanaşı, digər sahələrdə də əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik”.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olduğunu bildirən Oliver Varhelyi deyib ki, bu liman Şərq-Qərb nəqliyyat marşrutu üçün mühüm əhəmiyyətə malikdir. O qeyd edib: “Bu limanın yaşıl iqtisadiyyata keçməsi, elektronlaşdırılması ilə bağlı təkliflər vermişik. Azərbaycan enerji sahəsində Avropa İttifaqı üçün önəmli tərəfdaşdır”.
Səfər çərçivəsində keçirdiyi görüşlərdə Qarabağ münaqişəsini də müzakirə etdiklərini və Aİ-nin uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün dəstək verəcəyini bildirən Aİ-nin komissarı deyib: “Aİ münaqişədən sonra regionda daha uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək: “Artıq tərəflər saxlanılanların azad olunması və mina xəritələrini təqdim etməklə bu istiqamətdə addım atıb. Avropa İttifaqı olaraq bu mübadiləni alqışlayırıq. Gürcüstanın bu prosesdə rolu təqdirəlayiqdir. Aİ dayanıqlı sülhün əldə olunması üçün istənilən dəstəyi göstərməyə hazırdır. Avropa İttıfaqı, həmçinin maliyyə dəstəyi göstərməyə hazırdır və bu, hər iki tərəf üçün faydalı olar”.
Azvision.az
Teqlər: Aİ Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


